Xoş Gəldiniz

Caspian Crystal Catering-ə xoş gəldiniz

          2006-cı ildə yaradılmış “Caspian Crystal” şirkəti Azərbaycanın xidmətlər bazarında aparıcı şirkətlərdən biridir. “Caspian Crystal” şirkətinin fəaliyyəti yüksək peşəkarlıq, yeni texnologiya və korporativ idarəçilik prinsipləri əsasında qurulmuşdur.  

            Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” “Crystal Lounge”, “Salvador Dali”, “Lord”, “Crystal Shikhovo”  və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaratmışdır.

          “Caspian Crystal” şirkətinin fəaliyyətinin növbəti mərhələsi Avropanın ən yaxşı istehsalçılarından eksklyuziv qida məhsullarının idxalı olmuşdur.

          Eyni zamanda “Caspian Crystal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklyuziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. Birincilik ənənəsinə sadiq qalaraq “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılmışdır.

          Zəngin təcrübə “Caspian Crystal” şirkətinə fəaliyyətinin daha bir istiqaməti olan Səyyar Xidmətlər sahəsində də aparıcı mövqe qazanmağa imkan yaratdı.Yüksək ixtisaslı işçi heyəti, müasir texniki baza, Səyyar Xidmətlər Departamentinin quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidmətindəki təcrübəsi “Caspian Crystal” şirkətinin Azərbaycanda ən çox tələb olunan səyyar xidmətlər şirkətlərindən biri olmasına icazə verdi.

          “Caspian Crystal” şirkəti ərzaq məhsullarının təhlükəsizliyinin idarə olunması sistemini HACCP prinsipləri və ISO 22000:2005 tələbləri əsasında tətbiq etmişdir.

 

Bizim missiyamız: Qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaq

 

Bizim xidmətlərimiz: Azərbaycan əhalisini zəngin çeşidli ekoloji cəhətdən təmiz, kimyəvi əlavələrsiz, kolorant və GMO-suz qida ilə təmin etmək

 

Bizim hədəfimiz: Dünya iqtisadiyyatinda  əhəmiyyətli və beynəlxalq yer tutmaq və öz xidmətlərimizi müvəffəqiyyətlə təmsil etmək.